• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Qəbul imtahanlarının vaxtı açıqlandı

Tarix: 15-02-2024, 12:21 |
  • facebookta paylaş
  • Share on Google+

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub.
“Qafqazinfo” xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu ötən il olduğu kimi, bu il də iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçiriləcək.
Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.
II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi aprelin 28-də, rezidenturaya qəbulun birinci mərhələsinin birinci cəhdi mayın 5-də, ikinci cəhdi iyunun 9-da, imtahanın ikinci mərhələsi isə avqustun 4-də keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə verilən cədvəldə ətraflı tanış ola bilərsiniz. Cədvəl il ərzində DİM-in saytının baş səhifəsində aktiv olacaq. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid imtahanlar və qeydiyyat tarixlərini əldə edə bilərsiniz.
Xatırladaq ki, buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi, Azərbaycan dili (dövlət dili kimi) və s. imtahanların tarixləri əvvəlcədən elan olunmuşdur. 11-ci sinif buraxılış imtahanları üzrə Gəncə şəhərində yerləşən məktəblərin imtahan günləri də siyahı şəklində (Gəncə – 1, Gəncə – 2) cədvəlin buraxılış imtahanları bölməsinə əlavə olunub.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO