• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ baş verib
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb

“CodePro for Teachers” layihəsinin bağlanış tədbiri keçirilib

Tarix: 12-06-2026, 14:33 |
  • facebookta paylaş
  • Share on Google+

“CodePro for Teachers” layihəsinin bağlanış tədbiri keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilən “CodePro for Teachers” layihəsinin bağlanış tədbiri uğurla baş tutub. Layihənin əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan informatika müəllimlərinin kodlaşdırma və Python proqramlaşdırma dili üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onları beynəlxalq ICDL Coding Principles sertifikasiya imtahanına sistemli şəkildə hazırlamaq olub. Bu istiqamətdə layihə çərçivəsində 30 informatika müəllimi üçün beynəlxalq standartlara uyğunlaşdırılmış, nəzəri və praktik komponentləri birləşdirən 36 saatlıq təlim proqramı təşkil edilib. Təlimlərdə iştirakçılar kodlaşdırmanın əsas anlayışları, hesablama düşüncəsi, alqoritmik yanaşma, şərt və dövr operatorları, funksiyalar, prosedurlar, Python dilində proqramlaşdırmanın əsasları, səhvlərin aşkarlanması, testetmə və debugging kimi mövzular üzrə bilik və bacarıqlar əldə ediblər. Layihə çərçivəsində müəllimlər üçün 151 səhifəlik təlim vəsaiti hazırlanaraq istifadəyə verilib, iştirakçıların beynəlxalq imtahana hazırlığını gücləndirmək məqsədilə tədris prosesi praktiki tapşırıqlar, nümunələr və tətbiqyönümlü məşğələlərlə zənginləşdirilib. Təlim mərhələsini uğurla başa vuran müəllimlər üçün ICDL beynəlxalq sertifikasiya imtahanı təşkil olunub və nəticədə 30 müəllimin hamısı ICDL Coding Principles beynəlxalq sertifikatına layiq görülüb. Bağlanış tədbirində layihə çərçivəsində görülən işlər, əldə olunan nəticələr, müəllimlərin peşəkar inkişafına verilən töhfə və layihənin ümumi təhsildə rəqəmsal bacarıqların inkişafına xidmət edən əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, “CodePro for Teachers” layihəsi müəllimlərin yalnız kodlaşdırma sahəsində biliklərini artırmaqla kifayətlənməyib, eyni zamanda onların bu bilikləri tədris prosesində tətbiq etməsinə, şagirdlərdə alqoritmik düşüncə və rəqəmsal savadlılıq bacarıqlarının formalaşdırılmasına da mühüm zəmin yaradıb.


SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO