• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

SEVİNDİK NƏSİBOĞLUNUN “DİRÇƏLƏN XARIBÜLBÜL” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

Tarix: 27-05-2026, 12:06 |
  • facebookta paylaş
  • Share on Google+

SEVİNDİK NƏSİBOĞLUNUN “DİRÇƏLƏN XARIBÜLBÜL” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

Gənc şair-publisist, AJB və AYB üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri  Sevindik Nəsiboğlunun  Birinci Qarabağ müharibəsində, atəşkəs dövründə  və 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizə həsr etdiyi  708 səhifədən ibarət  “Dirçələn Xarıbülbül”  adlı sayca 9-cu kitabı işıq üzü görmüşdür. 
Kitab “Gənclik” nəşriyyatı, “Bakı mətbəəsi” ASC-də işıq üzü görmüşdür. Kitabın  redaktoru və ön söz müəllifi Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair-publisist Əli Rza Xələfli, rəyçi və son söz müəllifi isə Azərbaycanın ilk poliqrafçı alimi, fəlsəfə doktoru, yazıçı-publisist Şəddat Cəfərovdur.
Müəllif bildirib ki, kitabın hər səhifəsində şəhidlərimizin həyat yolunu, qəhrəmanlığını və Vətən sevgisini oxuculara çatdırmağa çalışıb. O, bu əsəri şanlı Vətən qarşısında mənəvi borcunun kiçik bir hissəsi kimi dəyərləndirib.
Müəllif kitabın ərsəyə gəlməsində mənəvi dəstəyə görə Əli Rza Xələfliyə, Şəddat Cəfərova, həmçinin maddi və mənəvi dəstəyə görə ailəsinə və atası Əliyev Nəsib Salah oğluna təşəkkürünü bildirib.
Müəllifi ürəkdən təbrik edir və  kitabın annotasiyasını  dəyərli oxucularımıza təqdim edirik:
​“Gənc şair-publisist  Sevindik Nəsiboğlunun “Dirçələn xarıbülbül” adlı kitabı ilə oxucularla sayca 9-cu görüşüdür. Müəllifin publisistik esse və şeirlərdən ibarət yeni kitabı Vətən müharibəsi şəhidlərinin həyat yolu və döyüş xronikasını ehtiva edir. Vətən uğrunda canını fəda etmiş qəhrəman oğulların taleyini əbədiləşdirən yazılar canlılığı və dil şirinliyi ilə diqqəti cəlb edir.  Kitabda, ümumilikdə, 48 nəfər  şəhidimiz haqqında məqalə və şeir,  200 nəfər şəhidimiz haqqında  müəllifin vaxtı ilə hazırladığı (hazırda silinmiş) Vikipediya səhifələri, şəhidlərimizə həsr olunmuş kitabların təqdimatları ilə bağlı məqalələr, şəhidlərimizin mövlud və anım günlərinə həsr olunmuş 20-dən çox məqalə yer almışdır. Publisistik esselər və şeirlər qəhrəmanların parlaq obrazını yaddaşlara yazır. Müəllifin qəhrəmanları bu möhtəşəm kitabın səhifələrindən sanki gələcəyə, Vətənin xoşbəxt taleyinə sonsuz inamla baxırlar. Bu qəhrəmanlar gələcək nəsillər üçün qəhrəmanlıq örnəkləri olaraq salnamədə öz yerini tuturlar.
​Vətənini, millətini, torpağını, müzəffər ordusunu, Vətən fədailərini sevən hər bir şəxs üçün bu kitabın maraqla qarşılanacağına inanırıq”.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO