Ağcabədi sakini kimyəvi məhluldan zəhərlənərək ölüb
Ağcabədi rayonunda 60 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1966-cı il təvəllüdlü Sərxan Şirinov kimyəvi məhluldan zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.









